dədəm vay!

bax vay dədə!
dəbdən düşmək
dədəsi də gəlsə ...
OBASTAN VİKİ
Vay adaları
Vay adaları (khm. កោះតាង) — Cənubi Çin dənizinə daxil olan, Siam körfəzində yerləşən adalar. Kambocanın Kampot vilayətinə daxildir. Sahildən 95 km aralıda yerləşir. Arxipelaq iki adadan ibarətdir.
Vay adası
Vay (tay เกาะหวาย) — Siam körfəzində yerləşən 52 adadan ibarət olan arxipelaqa daxildir. İnzibati cəhətdən Tailandın Trat vilayətinə daxildir. Ko-Çanq milli parkı ərazisinə daxildir. Adanın uzunluğu 6 km, eni 1,5 km təşkil edir. Adanın şərq hissəsi mərcan rifləri ilə əhatələnmişdir. Bu hissədə çimərliklər vardır. Qərb hissəsi nisbətən qayalıqdır. Burada dəniz quşlayı yuva qurur. Adanın ərazisi sıx cəngəlliklərlə əhatələnmişdir. Adada infrastruktur, maqazin, yollar yoxdur.
Kitabi-Dədəm Qorqud
"Kitabi-Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı))) – Oğuz türk dastanı. Ümumtürk ədəbiyyatının yeganə yazılı eposu. "Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XVII əsrin görkəmli səyyahları olan Övliya Çələbi və Adam Olearinin "Səyahətnamə"lərində bu fakta rast gəlmək olar. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastandakı "Rəsul əleyhüssəlam zamanına yaqın Bayat boyından Qorqud Ata derlər, bir ər qopdu" ifadəsinə görə dastanın yaranması islamiyyətin meydana çıxdığı ərəfəyə (VII əsr) aid edilir. Dastanın öyrənilməsi alman şəqşünası Henrix Fridrix fon Ditsin 1815-ci ildə Drezden kitabxanasında XV əsrdə yazıya alınmış əlyazmasını aşkar etməsi ilə başlayır. Daha sonra Vasili Bartold 1894–1904-cü illərdə dastanın I, II, III, V boylarını ruscaya tərcüməsi i8lə çap etdirir.